"Zirə" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

Sayta qoyulub: 14:44 22.02.2018 (85 dəfə oxunub)

"Zirə" Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq. "Qartallar" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, "Qəbələ" ilə oyundakı (1:2) hadisələrə görə İntizam Komitəsi tərəfində 2 oyunluq cəzalandırılan Riçard Qadze və Sadio Tounkara komandasına kömək edə bilməyəcək. Eyni səbəbdən baş məqşçi Ayxan Abbasov da komandanın yanında olmayacaq. O, matçı tribunadan izləməli olacaq.

Bundan başqa sarı vərəqə limitini dolduran Milan Duriç də "ağ-qaralar"la görüşdə meydana çıxa bilməyəcək.

Zədələrini sağaldan müdafiəçi Jozef Bumla qapıçı Anar Nəzirovun oynayıb-oynamayacağı isə matç günü müəyyənləşəcək. Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu 24 fevral tarixində saat 16:00-da "Bakcell Arena"da baş tutacaq.

XƏBƏR LENTİ