Türkiyədə ÇL-nın oyunlarının açıq kanalda yayımlanması tarixə qovuşdu

Sayta qoyulub: 14:53 21.02.2018 (280 dəfə oxunub)

Türkiyədə açıq kanallarda Çempionlar liqasının oyunlarının yayımı tarixə qovuşur.

 

Bu mövsüm TRT-nin UEFA ilə yayım üçün müqaviləsi bitir. Şirkət yeni müqavilə imzalamağı bacara bilməyib.

 

Belə ki, UEFA Çempionlar liqasının oyunlarının Türkiyədə yayım hüququnu Bein Sports kanalına satıb. 

 

Beləliklə də bundan sonra Türkiyədə Çempionlar liqası oyunları tam şifrəli kanallarda yayılacaq.

 

Xatırladaq ki, TRT 1993-cü ildən bəri oyunların yayım hüququna sahib idi və hər həftə açıq şəkildə oyun nümayiş etdirirdi.

 


Türkiyədə ÇL-nın oyunlarının açıq kanalda yayımlanması tarixə qovuşdu

XƏBƏR LENTİ