İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

Sayta qoyulub: 15:15 20.02.2018 (210 dəfə oxunub)

İspaniyanın üçüncü və dördüncü liqalarında danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər saxlanılıb. Söhbət Sequnda B və Tersera Liqadan gedir. Yerli polis və Avropolun birgə həyata keçirdiyi əməliyyat Barselona, Albasete və Badaxoz şəhərlərində baş tutub.


İspaniya mətbuatının məlumatına görə, sözügedən şəbəkəyə iki keçmiş futbolçu rəhbərlik edir. Onlar Çinin bukmeker kontorlarından birinə işləməkdə ittiham olunur.


Hələlik adlar açıqlanmayan həmin futbolçular sözügedən liqalarda mübarizə aparan bəzi oyunçuları öz istəklərinə uyğun şirnikləndirməyə və məcbur etməyə çalışıblar.

 

 

İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

 

Sport24.az 

XƏBƏR LENTİ