Almaniya mətbuatı düzülüş uşaqlarını necə qarşılayıb?

Sayta qoyulub: 14:48 20.02.2018 (90 dəfə oxunub)

Hazırda RTL-də şərhçi kimi işləyən Niko Rosberq və Timo Qlok düzülüşdəki qızların uşaqlarla əvəzlənməsinə fikir bildiriblər.

F-1.az xatırlaıdır ki, Liberty Media düzülüşdəki qızların idmanın imicinə tərs gəldiyini əsas gətirərək onlardan imtina etmiş, əvəzinə isə gənc kartinq sürücülərini gətirəcəklərini demişdilər.

Niko Rosberq: “Birinci dəfə dediklərində mənə qəribə gəldi. Amma uşaqların düzülüşdə dayanması yaxşı fikirdir. Gənc uşaqlar idealları olan sürücülərə yaxın olacaqlar. Bu, gözəl xəbərdir. Gənc sürücülərə motivasiya verə bilər”.

Timo Qlok: “Bəlkə, razılaşmaq olar, uşaqların düzülüşdə olması gözəl fikirdir. Uşaqlar ideallarını yaxından görə biləcəklər”.

XƏBƏR LENTİ