"Traktorsazi" yenə məğlub oldu

Sayta qoyulub: 07:38 20.02.2018 (68 dəfə oxunub)

 

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Qətərin “Əl-Qarafa” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdə böyük hesabla məğlub olublar – 0:3.

Xatırladaq ki, “Traktor Sazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə də uduzmuşdu - 0:1.

A qrupunda yer alan “Traktor Sazi” hazırda xalsızdı və sonuncu pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 5-də BƏƏ “Əl-Cəzirə”sinin qonağı olacaq.

XƏBƏR LENTİ