Rosberq və Qlok ayrı fikirdədir

Sayta qoyulub: 07:22 20.02.2018 (93 dəfə oxunub)

Sabiq Formula1 sürücüləri Niko Rosberq və Timo Qlok bu ildən istifadə ediləcək Halo barədə fikirlərini bildiriblər.

Sabiq Formula1 sürücüləri Niko Rosberq və Timo Qlok bu ildən istifadə ediləcək Halo barədə fikirlərini bildiriblər.

F-1.az xatırladır ki, 2014-cü ildə Jül Byankinin Yaponiyadakı ölümcül qəzasından sonra sürücünün başını qorumaq üçün müxtəlif sistemlər təkmilləşdirilsə də, FİA sonda Halonun istifadəsinə qərar verib.

Niko Rosberq: “Təbii ki, yaxşı görünmür və əsl yarışçılar üçün pisdir. Lakin sistem təkmilləşdirilib və artıq istifadə edilir. Düşünürəm ki, sürücünün təhlükəsizliyini artıran sistemdir. Əgər pilot olsaydım, Haloya sahib olduğum üçün sevinərdim”.

Timo Qlok: “Təhlükəsizlik cəhətdən yaxşı olsa da, görüntüsü bərbaddır. Bolidlərin təhlükəsizliyini istəyirik, amma belə bir sistemlə maşınların gözəlliyini yox edirsiniz. Əgər başqa həll yolu tapsalar, sevinərəm. Aeroscreen alternativ ola bilər. Hazırda İndyCar onu test edir. Haloya öyrəşmək çətin olacaq”.

XƏBƏR LENTİ