Pxençxan-2018-də yeni rekord

Sayta qoyulub: 21:57 19.02.2018 (196 dəfə oxunub)

Pxençxan-2018-də yeni rekord

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında Norveç milli komandasının tarixinə düşüb. Skandinaviya təmsilçisi 27-ci medalını qazanmaqla, rekord müəyyənləşdirib.

Hesabında 10 qızıl, 9 gümüş və 8 bürünc medal olan şimallılar indiyədək heç bir Olimpiadada bu qədər mükafat əldə etməmişdi. Norveçlilər ən yaxşı halda, 26 medala sevinmişdi. Bu, Lillehamer-1994 və Soçi-2014-də qeydə alınmışdı.

 

Qeyd edək ki, Qış Oyunlarının mütləq rekordu isə Vankuver-2010-da 37 mükafat əldə edən ABŞ-a məxsusdu.

XƏBƏR LENTİ