► Araz Abdullayevin komandası qalib gəldi

Sayta qoyulub: 07:49 19.02.2018 (97 dəfə oxunub)

 

Kipr çempionatında 25-ci turun oyunları keçirilib. Millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Ermis”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Araz qarşılaşmanın 56-cı dəqiqəsində meydana buraxılıb və komandasının üçüncü qolunun vurulmasında yaxından iştirak edib. Geridə qalan turlarda 53 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.

 

XƏBƏR LENTİ