Ferrari-yə güzəşt yoxdur

Sayta qoyulub: 12:32 18.02.2018 (79 dəfə oxunub)

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, Ferrari idmandakı əfsanəvi komandalardan olsa da, onlara güzəşt etməyəcəklər.

F-1.az xatırladır ki, Ferrari 1950-ci ildən etibarən idmanda olan yeganə komandadır və əlavə ödəmələr almaqla yanaşı qaydalara veto qoymaq hüququ da var.

Çeyz Keri: “Ferrari əfsanəvi və xüsusi komandadır. Amma bütün komandalarla bərabər davranmalıyıq. Onları rəqiblərindən çox dəstəkləyə bilmərik. Ferrari bizim üçün vacibdir və istəyirik ki, idmanda qalsınlar. İdmanı daha yaxşı vəziyyətə gətirmək istəyirik. Amma hazırkı komandaları itirməmək şərti ilə. Onlarla razılaşa bilərik, ancaq əsas hədəfimizə görə danışıqlara getməyəcəyik. Fanların istəyi hər şeydən əsasdır. Şounu yaxşılaşdırmalıyıq”.

XƏBƏR LENTİ