“Qəbələ” – “Zirə” matçında dava - Baş məşqçiyə kəllə atıldı (Fotolar)

Sayta qoyulub: 17:23 17.02.2018 (261 dəfə oxunub)

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tuta start verilib. Turun açılış matçında “Qəbə ə” öz meydanında “Zirə”ni qəbul edib. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın final fiti səsləndikdən sonra futbolçular arasında dava düşüb. Hadisələrin əsas mərkəzində “Zirə”nin oyunçusu Riçard Qadze, Sadio Tonkara və “Qəbələ”nin kapitanı Cavid Hüseynov olub. Digər futbolçuların araya girməsi ilə tərəflər hadisə yerindən uzaqlaşdırılıb. Qalmaqal meydandan kənarda da davam edib.

Məlumata görə, paltardəyişmə otağının qarşısında dayanan “Qəbələ” klubunun mühafizəçilərindən biri Ayxan Abbasovu kəllə ilə vurub. Mətbuat konfransı başa çatdıqdan sonra isə Ayxan Abbasovu “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov iş otağına dəvət edib. Tərəflər arasında 40 dəqiqəlik görüş baş tutub.

Oyundan sonra “Zirə”nin futbolçularına media mənsublarına açıqlama verməsinə də qadağa qoyulub.

XƏBƏR LENTİ