"Sumqayıt"ın yeni prezidenti bəllidir

Sayta qoyulub: 14:35 17.02.2018 (191 dəfə oxunub)

 

"Sumqayıt"ın yeni prezidenti bəllidir

Kamran Quliyevin “Neftçi”nin prezidenti vəzifəsinə təyin olunmasından sonra vakant qalan “Sumqayıt”dakı analoji postun yeni sahibi müəyyənləşib.  “Gənclik şəhəri” təmsilçisinin yeni prezidenti Zaur Hacı-Məhərrəmov təyin ediləcək.

U-21 yığmasının kuratoru, habelə AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini işləyən Zaur bəyin yeni postuna təyinatı gələn həftənin ilk günlərində rəsmiləşəcəyi gözlənilir.

XƏBƏR LENTİ