"Səbail" "Qarabağ"la oyuna itki ilə çıxacaq

Sayta qoyulub: 11:01 17.02.2018 (150 dəfə oxunub)

"Səbail" "Qarabağ"la oyuna itki ilə çıxacaq
 

Topaz Premyer Liqasının XV turun "Qarabağ"ı qəbul edəcək "Səbail"in heyətində zədəli futbolçu var. Bir oyunçunun zədəli olması məşqçilər korpusunu narahat edir.  Belə ki, əsas heyət üzvü olan Ayrton Stati məşqlərin birində zədə alıb. Ayağında ağrı olan futbolçu ötən gün komanda ilə birgə çalışmayıb. Onun "Qarabağ"la qarşılaşmada iştirak etməyəcəyi ehtimal olunur.  Qeyd edək ki, "Səbail" - "Qarabağ" matçı sabah "Bayıl Arena"da reallaşacaq. Görüş saat 17:30-da start götürəcək. 

XƏBƏR LENTİ