E.Bulye ilk yarışdan podium gözləmir

Sayta qoyulub: 08:45 17.02.2018 (126 dəfə oxunub)

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, yeni mövsümdən əvvəl çox həyəcanlıdırlar və gözləntiləri nəzarətdə saxlamaq lazımdır.

F-1.az xatırladır ki, McLaren bu ildən Renault mühərriklərinə keçib və buna görə də ən azından podium uğrunda mübarizəyə ümid edir.

Erik Bulye: “Yeni mövsümdən ümidliyik. Lakin tələsmək olmaz. Özümüzü itirməməliyik. Əlimizdən gələni edərək, yenidən yuxarı pillələrə yüksəlmək istəyirik. Hədəfimiz budur və gücümüz var. Amma hər şeyə nəzarət etmək lazımdır. Hamı əlindən gələni edir. Ümid edirəm ki, hədəflərimizə çatarıq.

Mövsümün ilk yarışından podium gözləmirik. İlk yarışlar çətin olacaq. Ancaq qısa müddətdə bunu dəf etməliyik. Nəticədə Red Bull da eyni mühərriklə yarışır. Buna görə də uğur qazanmaq mümkündür. Sadəcə səbirli olaraq əlimizdən gələni etməliyik”.

XƏBƏR LENTİ