“Qəbələ” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı

Sayta qoyulub: 08:45 17.02.2018 (122 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqada 16-cı tura start veriləcək. İlk oyun günündə iki görüş baş tutacaq.

Turun açılışı oyununda “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Mərkəzi oyunda aralarında cəmi 1 xal fərqi olan və turnir cədvəlində qonşu olan iki komanda üz-üzə gələcək. “Qəbələ” ikinci pilədəki mövqeyini qorumaq üçün ən azı uduzmamalıdı. “Zirə” isə iddialı rəqibini qabaqlamaq üçün mütləq qələbə qazanmalıdı. 

Günün digər oyununda dördüncü pillədə qərarlaşmış “Sumqayıt” da öz izləyicisi “Neftçi” ilə üz-üzə gələcək. Paytaxt klubu çətin səfərdə qələbə qazana bilsə, bu rəqibini qabaqlamağa nail olacaq. Lakin sumqayıtlılar yeni ildəki ilk ev oyununda xal itirməməyi hədəfləyiblər.

Topaz Premyer Liqası
16-cı tur
17 fevral

15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.

18:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov.
Sumqayıt. “Sumqayıt Arena”.

Turun digər oyunları sabah keçiriləcək: 15:00. “Kəpəz” – “Keşlə”, 17:30. “Səbail” – “Qarabağ”.

XƏBƏR LENTİ