Sauber fevralın 21-də çəkiliş günü edəcək

Sayta qoyulub: 08:41 17.02.2018 (75 dəfə oxunub)

Alfa Romeo Sauber komandası 2018-ci il bolidi olan C37-ni fevralın 21-də trasa buraxacaq.

F-1.az xatırladır ki, İsveçrə təmsilçisi C37-ni ayın 20-də təqdim edəcək.

Çəkiliş günündə həm Şarl Lekler, həm də Markus Eriksson yeni bolidi sürə biləcəklər. Həmişəki kimi bolid 100 km məsafə qət edə bilər. Çəkiliş günündə Pirelli-nin şou təkərlərindən istifadə olunacaq.

Bəzi iddialara əsasən, bolidin təkər bazası keçənilkinə nisbətən uzun olacaq. Çəkiliş günündə həm yeni ötürmələr qutusundan, həm də yeni versiya mühərrikdən istifadə olunacaq. Beləliklə, həm Toro Rosso, həm də Sauber komandaları bolidlərini eyni gündə trasa çıxaracaqlar…

XƏBƏR LENTİ