R.Kubitsa 3 dəfə sərbəst yürüşlərdə trasa çıxacaq

Sayta qoyulub: 08:38 17.02.2018 (82 dəfə oxunub)

Williams komandasının test və developer sürücüsü Robert Kubitsa yeni mövsümdə 3 fərqli Qran Prinin birinci sərbəst yürüşlərində çıxış edəcək.

F-1.az xəbər verir ki, bu Qran Prilərdən ikisi artıq məlumdur – İspaniya və Avstriya.

Qeyd edək ki, polşalı sürücü 2006-2010-cu illərdə Formula1-də yarışmış, lakin 2011-ci ildə ralli zamanı qəza edərək biləyini zədələmiş və karyerasını başa vurmuşdu. Ancaq 33 yaşlı sürücü yüksək əzmkarlıq hesabına yenidən idmana qayıdaraq Williams komandasının test və developer sürücüsü seçilib…

XƏBƏR LENTİ