L.Stroll: “İdealım Şumaxerdir”

Sayta qoyulub: 08:37 17.02.2018 (124 dəfə oxunub)

Williams komandasının gənc sürücüsü Ləns Stroll bildirib ki, onun tək idealı Mixael Şumaxer olub.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü 2014-cü ildə İtaliya F4, 2015-ci ildə Toyota Racing Series və 2016-cı ildə isə Avropa Formula3 çempionatlarının qalibi olub.

Kanadalı sürücü keçən il Williams komandası ilə Formula1-də debüt etmiş və Azərbaycan Qran Prisində 3-cü olaraq debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü statusunu qazanmışdı.

Ləns Stroll: “Şumaxer mənim qəhrəmanım və idealım idi. Həmişə onu izləyirdim. Qələbələri mənə maraqlı idi. İnanılmaz işlər gördü. Özünü həmişə nümunəvi və çempion kimi apardı. Çox sadə idi. Ona hörmət edirəm”.

XƏBƏR LENTİ