Superliqa: "Azərreyl" və "Abşeron"dan asan qələbə

Sayta qoyulub: 16:45 16.02.2018 (196 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V turun oyunları keçirilib. Turun hər iki qarşılaşması eyni gündə Voleybol Mərkəzində təşkil olunub.

Günün ilk görüşündə “Abşeron” AVF-i sınağa çəkib. Debütantların duelinin gərgin keçəcəyi gözlənilsə də, belə olmayıb. Buna AVF-nin toppaylayıcısı Kristina Yaqubovanın zədə səbəbindən meydana çıxmaması səbəb olub. Yığmamızın aparıcı üzvünün komandasına kömək edə bilməməsi isə “Abşeron”un daha asan qələbəsi ilə nəticələnib. Eldar Yusubovun komandası ilk dövrədə olduğu kimi, yenə rəqibini “quru hesab”la məğlub edib.

 

 

Tura “Lokomotiv” “Azərreyl” oyunu ilə yekun vurulub. “Dəmiryolçular”ın duelində Famil Ağayevin yetirmələri yenə də set vermədən 3 xal qazanıblar. “Lokomotiv” üçüncü hissədə müqavimət göstərməyə çalışsa da, daha təcrübəli olan rəqib onların sensasiyaya imza atmasına imkan verməyib. Beləliklə, liderlər turu itkisiz başa vurublar. 

 

 

V tur

16 fevral

 

“Lokomotiv” – “Azərreyl” - 0:3 (14:25, 15:25, 21:25)

İlk oyun: “Azərreyl” – “Lokomotiv” – 3:0 (25: 21, 25:10, 25:13)

 

“Abşeron” – AVF - 3:0 (25:15, 25:15, 25:18)

İlk oyun: AVF – “Abşeron” – 0:3 (19:25, 18:25, 16:25)

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

5

5

0

15-1

399-276

15

2

Abşeron

5

4

1

13-3

372-311

12

3

AVF

5

1

4

3-12

286-345

3

4

Lokomotiv

5

0

5

0-15

250-375

0


 

XƏBƏR LENTİ