Bottas Həmiltonun qalmasını istəyir

Sayta qoyulub: 11:52 15.02.2018 (62 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmiltonun komandada qalmasını istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatır və böyük ehtimalla Mercedes 4 qat Dünya Çempionu ilə yeni müqavilə imzalayacaq.

Valtteri Bottas: “Sözün açığı, bir il əvvəl bura gəlib bu qədər şey öyrənəcəyimə inanmazdım. Mövsüm başlanmamışdan əvvəl simulyatorda işləsəm də, komandaya uyğunlaşmaq üçün vaxtımız yox idi. Lyuis mənə çox kömək etdi və onun qalmasını çox istəyərəm. O, çox sürətlidir və rəqabəti sevir. Bir-birimizdən çox şey öyrənirik. Mübarizə aparıb yarışlar qazanmaq istəyirik”.

XƏBƏR LENTİ