"Neftçi"nin zədəli futbolçuları sağaldı

Sayta qoyulub: 18:07 14.02.2018 (123 dəfə oxunub)

"Neftçi"nin iki futbolçusu zədəsini sağaldıb. Gənc futbolçular - Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq.  

 Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən "Neftçi"nin əsas komandası ilə hazırlığa start verib.

 Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq.  

XƏBƏR LENTİ