Z.Braun: “Xərclər həddən artıq çoxdur”

Sayta qoyulub: 13:25 14.02.2018 (156 dəfə oxunub)

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Liberty Media xərclər üçün təcili formada plan hazırlamalıdır.

F-1.az xatırladır ki, Liberty idmanı alanda daha ədalətli mükafat paylaşımı istədiyini demişdi. Mercedes və Ferrari ildə 150 milyon funt sterlinqdən çox pul xərcləyir və Force İndia, Williams, Sauber kimi komandalar üçün bu məbləğ çoxdur.

Zek Braun: “Formula1-də birinci və sonuncu arasında fərq çoxdur. Heç bir idman növündə belə fərq olmur. Xərclər artıq nəzarətdən çıxıb. Böyük ehtimalla dünyada bunu edən yeganə sənayeyik. Əsas işimiz xərcləri azaltmaqdır. Məncə, Liberty bütün komandalara yol göstərməlidir. Mühərrik, xərclərin azaldılması və mükafat paylaşımı – bunlar bilinən şeylərdir. Amma mükafat bölgüsünün necə olacağı hələ müzakirə edilməyib. Bir komandanın daha çox pul almasına görə şikayətim yoxdur. Ancaq bunu güclənmək üçün xərcləməsinlər. Xərclərin azalması yaxşı həll yoludur. Hazırda kimin pulu çoxdursa, o da qabağa gedir. Mühərriklər də qarışıq və bahalıdırlar. Mütləq müstəqil istehsalçı olmalıdır”.

XƏBƏR LENTİ