Qazaxıstan klubundan Rauf Əliyevə təklif

Sayta qoyulub: 10:35 14.02.2018 (248 dəfə oxunub)

Qazaxıstan klubundan Rauf Əliyevə təklif
 

Azərbaycan milli komandasının üzvü Rauf Əliyevin klubsuzdur. “Keşlə”dən ayrılıb Albaniyanın “Kukesi” klubuna keçən, ordan ayrıldıqdan sonra qaydalara əsasən heç bir klubla anlaşa bilməyən Əliyev hazırda fərdi məşqlərlə kifayətlənir. Amma Əliyev yaz - payız sistem ilə keçirilən, yəni hələ mövsümə start verilməyən çempionatların təmsilçisi ilə müqavilə imzalaya bilər. Qazaxıstanın “Şaxtyor Karaqanda” təmsilçisi Rauf Əliyevin xidmətində maraqlı olub. Xəbərimizi açıqlamasında futbolçunun özü də təsdiqlədi: “Bəli, belə bir variant olub. “Şaxtyor”un xidmətimdə maraqlı olmasını 2 həftə öncə eşitdim. Amma hələ məsələ ilə bağlı yenilik yoxdur. Hazırda heç bir klubun düşərgəsində deyiləm”.

Futbol11.az

XƏBƏR LENTİ