Zidan PSJ ilə oyundan danışdı

Sayta qoyulub: 07:27 14.02.2018 (208 dəfə oxunub)

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah PSJ-yə qarşı keçirəcəkləri görüş barədə danışıb. 


Fransız mütəxəssis Ronaldo və Neymarı müqayisə etməyin düzgün olmadığını bildirib:


“Biz irəli qaçmırıq, yalnız sabahkı oyun barədə düşünürük. Rəqibimizin fransız klubu olması heç nəyi dəyişmir. Hazırda məni yalnız PSJ-yə qarşı yaxşı oynamağımız maraqlandırır. 


Bəli, mən Marseldənəm və PSJ hər zaman bizim prinsipial rəqibimiz olub. Lakin hazırda məni “Real”ın uğurları düşündürür. Ümid edirəm ki, baxımlı matça şahidlik edəcəyik. Taktiki sxem önəmli deyil. Əsas olan göstərəcəyimiz oyundur. Komandamız görüşə tam hazırdı. 


Həm Ronaldo, həm də Neymar möhtəşəm oyunçulardı. Portuqaliyalı inanılmaz uğurlara imza atıb və 5 “Qızıl top” qazanıb. Odur ki, indi bu futbolçuları müqayisə etmək düzgün olmazdı. Neymara qarşı xüsusi planımız var? Şərhsiz. 


Şanslar bərabərdir. Bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq. İnanıram ki, sabah onları sevindirəcəyik”.

 

 

Zidan PSJ ilə oyundan danışdı

 

 

 

 

qol.az

XƏBƏR LENTİ