"Sabah" daha bir futbolçunu heyətinə qatdı

Sayta qoyulub: 18:10 12.02.2018 (151 dəfə oxunub)

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. I Divizion təmsilçisi Premyer Liqada mübarizə aparan "Keşlə"dən Ricat Qarayevi transfer edib. Məlumatı saytımıza açıqlamasında Bakı klubunun baş məşqçisi Arif Əsədov verib. 19 yaşlı sol cinah müdafiəçisi mövsümün sonunadək icarə əsasında "Sabah"ın şərəfəini qoruyacaq. Qeyd edək ki, U-19 millimizin də üzvü olan Qarayev "Keşlə"nin əvəzedici heyətində çıxış edirdi.

XƏBƏR LENTİ