Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Həyəcan? Yox bir, Sibel Can!

Sayta qoyulub: 15:08 12.02.2018 (282 dəfə oxunub)

Kimsə iki gün əvvəl saat 17:00 radələrində televiziya pultunun düyməsini iki idman kanalımız arasında dəyişibsə, çox dəhşətli fərqi görə bilib. Biz burda kanalları müqayisə etmirik. Hər iki kanalda gedən canlı futbol matçları arasındakı fərqə “dəhşətli” deyirik. Telekanalın birində “Tottenhem”lə “Arsenal” oynayırdı, digərində “Zirə” ilə “Sumqayıt”. Burda söhbət oyunun keyfiyyətindəki fərqdən getmir, oyunun tamaşaçısından gedir. Mən baxan ərəfədə Harri Keyn “Arsenal”ın qapısına qol vurmuşdu. Stadionda elə bir çoşqu, elə bir hay-küy var idi ki, insan özünü oralarda hiss edirdi. Sonra kanalı dəyişdim... Burda sözlə ifadə edilməyəcək ölü sükutu ilə keçən bir oyun var idi. Kimsə mənim kimi dünən kanalları dəyişibsə, nə demək istədiyimi başa düşər.


Futbol tamaşaçı üçün oynanılır. Fərqi yoxdu, oyunun səviyyəsi yüksəkdi, ortadı və ya aşağıdı. Futbola tamaşaçı baxmırsa, bu futbol kimə lazımdı? Riyaziyyatda bir əməliyyat var: sıfıra vurulan bütün ədədlərin cavabı elə sıfır edir. Səviyyəsindən asılı olmayaraq heç kim üçün oynanılan oyun, elə heç nədi.


Buna bir çarə tapmaq olmazmı ki, oyunlara tamaşaçı gəlsin? Təbii ki, olar. Bileti pulsuz etmək, oyunları axşam saatlarına salmaq çıxış yolu deyil. Elə haqqında danışdığımız “Tottenhem” - “Arsenal” matçı İngiltərə vaxtı ilə günorta saatlarında keçirilirdi. Bilet də “qanı qiymətinə”. Ancaq azarkeş əlindən yer yox idi.


Azarkeşlərin oyunlara gəlməsi üçün fərqli çıxış yolları var. Mən burda bunun birini yazacam, qismət olarsa, digərlərini də vaxt gələndə qeyd edərik.


Çıxış yollarından biri çempionatdakı komanda sayını çoxaltmaqdı. Lap qoy olsun zəif komandalar. Vacib deyil yarışan bütün komandalar güclü olsun. Oyunların maraqlı keçməsi üçün çempionatda zəif də, ortabab da, güclü komanda da olmalıdı ki, qarşılaşmalar bol qollu olsun. Sadə tamaşaçı taktika nə bilir? Sadə tamaşaçıya tora dəyən top lazımdı. Bizim çempionatda hər tur cəmi dörd oyunu olan 8 komanda yarışır. Bu hardasa komandaları güclü edə, klubların Avropadakı reytinqini qaldıra bilər. Çünki eyni güclü komandalar bir-biri ilə yarışdıqda səviyyələri qalxır, inkişaf edir. Amma azarkeş üçün belə oyunlar maraqsız olur. Ona görə ki, komandaların gücü eyni olanda, futboldan anlayanlar yaxşı bilir, oyun mərkəzdə gedir, təhlükəli anlar az olur. Çünki hücumçu güclüdürsə, ona qarşı mübarizə aparan müdafiəçi də güclüdü, imkan verməyəcək nəsə eləsin. Qapılara da əksər hallarda top girmir, ya da bu, minimal sayda olur.


Elə uzağa getməyib iki gün əvvəlki “Qarabağ” - “Qəbələ oyununa baxaq. Bu görüş səviyyəsinə görə yüksək səviyyəli oyun idi. Amma qol yox, tamaşaçı yox. Mütəxəssislər bu oyuna baxsa, futbol adına çox gözəl oyun olduğunu qeyd edər. Lakin sadə tamaşaçı “bu nə oyundu?” deyə bilər. Sadə azarkeş qol və qollar görmək istəyir. Sevinmək, üzülmək istəyir. Gəlib gözlərini döyə-döyə oyuna baxıb, sonra da bir şey başa düşmədən getsə, bir daha stadiona gəlməz. Sadə tamaşaçıya lazımdı ki, rəqibin müdafiəçisi səhv eləsin. Onun azarkeşlik etdiyi komandanın oyunçusu sıyrılıb yanından keçsin, qol vursun, o da baxıb mənəvi orqazm keçirsin, sevinsin. Yaxud digər komanda əks hücumda qol vursun. Və ya bir komanda aşkar ərazi üstünlüyünə malik olsun və s. Amma biz əksər hallarda öz çempionatımızda bunları görə bilmirik. Çünki yenə qeyd edirəm, komandaların gücü eyni olduğundan, mübarizə əsasən mərkəzdə gedir və oyun az qollu, ya da qolsuz başa çatır.


Azərbaycan çempionatları arasında ən maraqlısı “qızıl oyun”la başa çatan 2004-05 mövsümü idi. Gəncədəki “qızıl oyun”da türkiyəlilər demişkən, tıklım-tıklım dolu tribunaları kimsə güclə doldurmamışdı. Bu, həqiqi azarkeş marağı idi. Futbolda qalib heyəti dəyişmirlər. 2004-05 mövsümü çempionatlarımız arasında “qalib heyət” idi. Amma dəyişdirildi... Və artıq çempionatda o maraq, o həyəcan yoxdu!

 

 

Həyəcan? Yox bir, Sibel Can!

 

 

 

 

Vüqar Məmmədov

Komanda.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat