Böyükağa Hacıyevin vəziyyəti necədir?

Sayta qoyulub: 12:22 12.02.2018 (187 dəfə oxunub)

Böyükağa Hacıyevin vəziyyəti necədir?
 

 Azərbaycan futbolunun tanınmış nümayəndəsi, iddialı klublarımızda çalışmış Böyükağa Hacıyevin infarkt keçirdiyini xəbər vermişdik. Beyin şişi və insultdan da əziyyət çəkən Hacıyev hazırda palata şəraitindədir. Onun bu gün evə buraxılacağı söylənilsə də, məlumat həqiqəti əks etdirmir. Hacıyevin ürək fəaliyyəti qismən normallaşıb. Bunun hesabına Hacıyev müəyyən sözlər deyə bilir. 2-3 gün sonra onun evə buraxılma məsələsi müzakirə oluna bilər. Lakin Hacıyevin səhhətində olan əsas problem beyin sistemi ilə bağlıdır. Hacıyevin hazırkı durumunun əsas səbəbi beyin şişidir. Əməliyyat isə Moskvada gerçəkləşməldir. Əgər ürək fəaliyyəti normala dönərsə, əməliyyatı ən yaxşı halda 2 ay sonra reallaşdırmaq olar. Çünki hazırda Hacıyevin bədəni analoji yükləməni götürməyə qadir deyil. Əməliyyat indi gerçəkləşsə, bunun nəticəsi ən yaxşı halda 10 faiz müsbət ola bilər.

 

XƏBƏR LENTİ