Milli komandamızda baş məşqçi dəyişikliyi

Sayta qoyulub: 11:38 12.02.2018 (171 dəfə oxunub)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik olub. AFFA-nın saytının yaydığı xəbərə görə, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.

Qeyd edək ki, Z.Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib.

XƏBƏR LENTİ