Di Françesko Cengizi təriflədi

Sayta qoyulub: 08:51 12.02.2018 (165 dəfə oxunub)

Benevento (5:2) üzərində qələbədən sonra Eusebio Di Françesko Cengiz Önderin çıxışını dəyərləndirib.

 

 

«Bu gün Cengiz əla oynadı. Son oyunlarda əla formadadır.

 

 

Bu gün alınması o demək deyil ki, sabah da yaxşı oynayacaq. Cəmi 20 yaşı var. Qeyri-sabitlik başa düşülməlidir. O , fərqli ölkədən , fərqli futboldan gəlib. Alışmasına vaxt lazımdır. Biz adətən legionerlərdən çox şey tələb edirik. 

 

 

Öndər komandanın lideri ola bilər. O , hamıdan çox məşq edir. Futbola belə münasibəti xoşuma gəlir», – deyə di Françesko bildirib.

 

 

Xatırladaq ki, Benevnto ilə qarşılaşmada Cengiz 2 qol vurub və 1 ötürmə edib.

 

 

XƏBƏR LENTİ