"Neftçi"dən çətin qələbə, "Keşlə" - "Səbail" oyununda heç-heçə

Sayta qoyulub: 18:01 11.02.2018 (173 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulub.  İkinci oyun günündə daha 2 qarşılaşma keçirilib. 
Günün ilk oyununda "Keşlə" öz meydanında "Səbail"i qəbul edib. Yeni baş məşqçisi Yuri Maksimovla meydana çıxan yenilənmiş "Keşlə"nin çıxışı maraqla gözlənilirdi. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Bu, 15-ci turda 3-cü heç-heçə olub. Turda yeganə qələbəni isə "Neftçi" qazanıb. "Kəpəz" matçda paytaxt təmsilçisi 86-cı dəqiqədə vurduğu qol sayəsində uğura nail olub.   

11 fevral (bazar)

Topaz Premyer Liqa, 15-ci tur

17:30. "Neftçi” – "Kəpəz” - 1:0 
Qol: 
Mirabdulla Abbasov, 86
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
"Bakcell Arena”

15:00. "Keşlə” – "Səbail” - 1:1 
Qol: 
Fəhmin Muradbəyli, 34 (0:1), Pərdis Fərcad-Azad, 55 (1:1)
Reallaşdırılmayan penaltı: Pərdis Fərcad-Azad, 54-qapıçı ("Keşlə")
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
"İnter Arena”

10 fevral (şənbə)

"Qarabağ” – "Qəbələ” - 0:0 

"Zirə” – "Sumqayıt” - 1:1
Qollar: 
Tural Axundov, 35 (0:1). Vüsal İsgəndərli, 39 (1:1)


 

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 12 2 1 25-6 38
2 Qəbələ 15 10 2 3 28-14 32
3 Zirə 15 9 4 2 24-12 31
4 Sumqayıt 15 6 3 6 18-18 21
5 Neftçi 15 6 1 8 18-16 19
6 Səbail 15 4 2 9 10:22 14
7 Keşlə 15 3 2 10 10:25 9
8 Kəpəz 15 2 1 12 10:30 7

Bombardirlər
Baqali Dabo ("Qəbələ) - 8 qol 
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

 

XƏBƏR LENTİ