"Qarabağ" dünya reytinqində 3 pillə irəlilədi

Sayta qoyulub: 18:49 10.02.2018 (216 dəfə oxunub)

 

Klubların dünya üzrə yeni reytinq siyahısı açıqlanıb. Reytinq klubların avrokuboklarda son 5 mövsümdəki göstəricilərinə əsasən hazırlanıb. Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Belə ki, 3 pillə irəliləyən Ağdam təmsilçisi 1169 xalla 542-ci yerdədi. İkinci göstərici 4 pillə irəliləyərək 368 xalla 777-ci yerdə qərarlaşan “Keşlə"yə məxsusdu. “Qəbələ” 255 xalla 816-cı, “Zirə” isə 217 xalla 839-cudu. Bu klublar müvafiq olaraq 3 və 2 pillə irəliləyib.

Siyahıya 17892 xalla Madrid “Real”ı başçılıq edir. "Barselona" ikinci, "Atletiko" üçüncü pillədədi.

XƏBƏR LENTİ