Superliqa

Sayta qoyulub: 14:30 05.03.2012 (1298 dəfə oxunub)

Superliqa

Voleybol üzrə qadınlararası Azərbaycan Superliqası 2008-ci ildən etibarən keçirilməyə başlamışdır. Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə qısa zaman ərzində güclənən Azərbaycan Superliqası hal-hazırda Avropa üzrə yalnız İtaliyaTürkiyə çempionatlarından geri qalmaqla 3-cü yeri tutur.

Voleybol üzrə qadınlararası Azərbaycan Superliqası 2008-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən təsis edilib. Buna qədər Azərbaycanda yalnız iki professional komanda: AzərreylRabitənin olduğunu nəzərə alsaq, Superliqanın Azərbaycanda keçirilən ilk rəsmi voleybol çempionatı olduğunu demək olar. 2008-ci ildə Superliqada cəmi 4 klub: Buna qədər mövcud olan Azərreyl, Rabitə və 2008-ci ildə yenicə yaranmış klublar İqtisaçıLokomotiv mübarizə aparırdılar. Həmin mövsümdə çempionatın qızıl medalları Rabitə Bakı, gümüş medalları Azərreyl, bürünc medalları isə Lokomotiv klubuna çatdı.

2009-2010 mövsümündə yenidən 4 komanda mübarizə aparırdı. Sayca ikinci Azərbaycan çempionatında birincilik yenidən Rabitə Bakı klubuna qismət oldu. İkinci yeri Lokomotiv, üçüncü yeri isə İqtisaçı tutdu.

2010-2011 mövsümü isə çox gərgin alındı. Çempionatın əvvəlində yenicə yaranmış iki klub: ŞirvanBakı klubları da mübarizəyə qoşuldular. Müvsümün sonunda çempionluq üçüncü dəfə Rabitə Bakı klubuna nəsib oldu. İkinci yeri Azərreyl klubu tutdu. Üçüncü yeri isə İqtisadçı klubu tutdu.

2011-2012 mövsümünə 2011-ci ilin oktyabr ayında start verildi. Buna qədər Superliqada mübarizə aparan 6 komandaya yeni yaranmış daha bir klub Lokomotiv Biləcəri qoşuldu. Bununla da çempionatda mübarizə aparan klubların sayı 7-yə qalxdı. Bundan başqa 2011-ci ildə Şirvan klubunun fəaliyyətini dayandırması açıqlansada daha sonradan Superliqada onun yerini AzərYolServis klubu tutdu. Hal-hazırda çempionatın 4-cü mövsümünün oyunları keçirilir.

İştirakçılar

Klubun adı Təmsil etdiyi rayon Superliqada debüt ili
Azərreyl Bakı 2008
Rabitə Bakı 2008
İqtisaçı Bakı 2008
Lokomotiv Bakı 2008
Bakı VK Bakı 2010
Azəryolservis (keçmiş Şirvan) Masallı 2010
Lokomotiv Biləcəri Biləcəri 2011

İl üzrə medallar

Mövsüm Qızıl Gümüş Bürünc
2008-2009
Rabitə Bakı Azərreyl (Bakı) Lokomotiv (Bakı)
2009-2010
Rabitə Bakı Lokomotiv (Bakı) İqtisadçı (Bakı)
2010-2011
Rabitə Bakı Azərreyl (Bakı) İqtisadçı (Bakı)
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ