"Sabah" təcrübəli futbolçu ilə müqavilə bağladı

Sayta qoyulub: 19:20 05.02.2018 (255 dəfə oxunub)

"Sabah" təcrübəli futbolçu ilə müqavilə bağladı
 

Qış fasiləsində “Kəpəz”dən ayrılan Məhəmməd Qurbanov karyerasını I Divizonda davam etdirəcək. Millimizin sabiq hücumçusu “Sabah”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Xatırladaq ki, ötən il “Sumqayıt”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan Qurbanov, cari mövsümün gedişində “Kəpəz”lə anlaşmışdı. Gəncə təmsilçisinin heyətində 7 oyun keçirən 25 yaşlı futbolçu, qol hesabını aça bilməyib. Qurbanov vaxtilə millimizin heyətində 3 oyun keçirib.

XƏBƏR LENTİ