K.Uilyams yeni qərarı dəstəkləyir

Sayta qoyulub: 13:49 05.02.2018 (174 dəfə oxunub)

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams düzülüşdəki qızlardan imtinaya görə Liberty Media-nı dəstəkləyir.

F-1.az xatırladır ki, Liberty Media düzülüşdəki qızlardan idmanın imicinə uyğun olmadıqları üçün göndərmişdi.

Kler Uilyams: “İdman bu qərarı verməli idi. Zamana görə hərəkət etməliyik. İdmanın inkişafına fokuslanmaq lazımdır. İdmanın yeni sahibləri daha açıqfikirli qərarlar qəbul edirlər. Bu qərar idmanda qadınlara yanaşmanı bir gecədə dəyişdirməyəcək. Amma, məncə, doğru addım idi. İndi isə uğurlu qadınları idmana gətirmək vaxtıdır. Məktəbli qızları yarış bolidlərinin yanına gətirək və istedadlı qızları idmana cəlb edək”.

XƏBƏR LENTİ