L.Stroll müəlliminə kəc baxıb

Sayta qoyulub: 11:53 05.02.2018 (169 dəfə oxunub)

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Felipe Massa ona heç vaxt kömək etməyib.

F-1.az xatırladır ki, əksəriyyət Felipe Massanı gənc Ləns Strollun müəllimi kimi görürdü. Amma belə görünür ki, 19 yaşlı sürücü ustadına kəc baxıb: “Keçən il ondan kömək almadım. O da digər komanda yoldaşlarım kimi idi. Əlindən gəldiyi qədər sürətlə sürürdü və mən də eynisini edirdim. Bax belə. Bundan artıq heç nə yox idi. İnsanlar bilmirəm niyə ona müəllim və motivator kimi baxırlar. Hərə öz işini görürdü və daha güclü olan öndə bitirirdi. Komanda yoldaşımın 15 və ya birillik təcrübəsi olması mənə fərq eləmir”.

XƏBƏR LENTİ