►Tanış olun. Borussiyanın 12 yaşlı(?) istedadı

Sayta qoyulub: 10:04 29.01.2018 (732 dəfə oxunub)

►Tanış olun. Borussiyanın 12 yaşlı(?) istedadı

 

Tanış olun, Dortmunddan olan özündən qat-qat böyüklər arasında şücaət göstərən 13 yaşlı istedad Yussufa Mukokodur. Əgər yaşı sizə inandırıcı gəlmirsə , deyə bilərik ki, hər şey rəsmi qaydada qeydiyyatdan keçib. Yussufanın atası Cozef BBC-yə müsahibəsində hər şeyi ətraflı izah edib:

 

«Anadan olan kimi onu Almaniyanın Kamerundakı səfirliyində qyediyyatdan keçirmişəm. Bizim Almaniyada doğum haqqında şəhadətnaməmiz var».

 

İlk dəfə Mukoko haqqında Borussiya ilə Kölnün uşaq komandalarının qarşılaşmasından sonra danışmağa başladılar. O zaman Mukokonun 12 yaşı var idi (doğum tarixi 2004-cü ilin 20 noyabrı), və oyunda poker etmişdi:

 

 

Bu çıxışından sonra uşağı  U-17-nin heyətinə cəlb elədilər. Almaniyanın gənclər çempionatının ilk oyununda Yussufa 2 qol vurdu:

 

 

Mukoko bununla sakit durmadı. Dortmundun gənclər komandasında 15 oyuna 27 qol vurdu. Ən yaxşı anlar aşağıdakı videodadır:

 

 

Ən maraqlısı isə odur ki, bu vaxta qədər heç kim onun yaşıyla bağlı zarafat etməyib. Səbəbi isə anasının cəmi 28 yaşı olmasıdır.

 

 

XƏBƏR LENTİ