Neymardan “Real” açıqlaması – gedir, yoxsa?..

Sayta qoyulub: 10:16 28.01.2018 (316 dəfə oxunub)

PSJ-nin hücumçusu Neymar bu mövsüm başa çatdıqdan sonra “Real”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.


O deyib: “Komanda yoldaşlarım və PSJ-dən razıyam. Burda məni hər şey qane edir. Fransada statistikam pis deyil. Bura tarix yazmaq üçün gəlmişəm”.


Neymar “Real”a transferi ilə bağlı xəbərləri söz-sohbət adlandırıb: “Şayiələr hər zaman olub. Mən “Santos” və “Barselona”da oynanda da transfer pəncərələri zamanı belə əsassız söhbətlər olurdu. Amma bu durumdan razıyam. Çünki belə xəbərlər yaxşı oyunçu olduğumu təsdiqləyir. Usta futbolçularla haqda həmişə belə xəbərlər yayılır”. 

 

 

Neymardan “Real” açıqlaması – gedir, yoxsa?..

 

 

 

qol.az

XƏBƏR LENTİ