Millətlər liqası: Azərbaycan bu komandalarla düşməyəcək

Sayta qoyulub: 19:57 23.01.2018 (274 dəfə oxunub)

Millətlər liqası: Azərbaycan bu komandalarla düşməyəcək

Sabah İsveçrənin Lozanna şəhərində təşkil olunacaq UEFA Millətlər Liqasının püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə bir sıra məhdudiyyətlər müəyyənləşdirilib.

Bunlar arasında UEFA-nın yığmaların uzaq məsafə qət etmələri də yer alıb. Bu, xərclərin yerli federasiyalar tərəfindən qarşılanması və qitə futbol qurumunun onları çox yükləmək istəməməyi ilə bağlıdı. 

Qazaxıstanın uzaq məsafəlilərdən biri ilə düşmək ehtimal daha yüksəkdi. Azərbaycan millisi bu komanda ilə eyni qrupda düşəcəyi halda Cəbəllütariqlə rəqib ola bilməz. III səbətdən qrupumuza Qazaxıstan düşsə, IV səbətdən yığmamıza rəqib Kosovo, Andorra və ya San-Marino yığmalarından biri olacaq.

Xatırladaq ki, UEFA münaqişələri olan ölkələr - Azərbaycanla Ermənistanın və Rusiya ilə Ukraynanın eyni qrupa düşməyəcəyini rəsmən açıqlayıb. 

XƏBƏR LENTİ