"Keşlə" "Çelsi"nin keçmiş futbolçusu ilə müqavilə bağlayır

Sayta qoyulub: 15:04 23.01.2018 (255 dəfə oxunub)

"Keşlə" "Çelsi"nin keçmiş futbolçusu ilə müqavilə bağlayır

 

"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirir. Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Qambiya millisinin üzvü Ebrima Sohnanı transfer etməyə hazırlaşır. 29 yaşlı yarımmüdafiəçi "Keşlə"nin düşərgəsinə Antalyada qoşulacaq. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, futbola ölkəsinin "Vallidan" klubunda başlayan Sohna 2005-ci ildə İngiltərə nəhəngi "Çelsi"yə transfer olunub. London klubunda möhkəmlənə bilməyən yarımmüdafiəçi daha sonra Norveçin "Sandefyord", Finlandiyanın "RoPS" və "KuPS", Qazaxıstanın "Vostok" və Küveytin "Al-Arabi" klublarında çıxış edib. "Keşlə"nin yeni transferi Andre Klennon kimi, Sohnanın da son klubu Finlandiyanın VPS komandası olub.

XƏBƏR LENTİ