Tarık El Yunisi "Qarabağ"da qalır

Sayta qoyulub: 12:17 23.01.2018 (217 dəfə oxunub)

Tarık El Yunisi "Qarabağ"da qalır
 

Son Azərbaycan çempionu və kubokun qalibi “Qarabağ” qış fasiləsinin ən səssiz klubudur. Klubun adı sadəcə bir neçə transfer məsələsində hallanır. Belə ki, zədə səbəbindən gözlənilən səviyyədə çıxış etməyən Tarik El Yunussinin heyətdən göndəriləcəyi gözlənilirdi. Amma son məlumat fərqlidir. Etibarlı mənbədən verilən məlumata görə, yarımmüdafiçinin müqaviləsinin sonuna qədər “Qarabağ”da qalmaq ehtimalı yüksəkdir. Əlavə edək ki, müqavilə ilə Yunanıstanın "Olimpiakos" klubuna məxsus olan Mərakeş əsilli norveçli vingerin adı İsveç AİK-i ilə hallanırdı.

Futbol11.az

XƏBƏR LENTİ