Dzeko Çelsi ilə müqaviləni razılaşdırdı

Sayta qoyulub: 22:42 22.01.2018 (215 dəfə oxunub)

Romanın forvardı Edin Dzeko Çelsi ilə şəxsi müqavilənin razılığını əldə edib.

 

Bosniya və Herseqovina milli komandasının futbolçusu London klubunda ilinə 8 milyon avro qazanacaq.Bu isə onun Romadakı məvacibindən təqribən 2 dəfə (4,5 m.a.) çoxdur.

 

Çelsinin baş məşqçisi Antonio Konte şəxsən özü Dzekoya zəng edərək onun keçməsində mühüm rol oynayıb.

 

Xatırladaq ki, bu gün Çelsi Roma ilə Emerson və Dzekonun transferini də həll etmişdi.Buna görə qarşı tərəfə 50 milyon avro ödəniləcək.

XƏBƏR LENTİ