"Keşlə" bu gecə Antalyaya gedir

Sayta qoyulub: 12:35 22.01.2018 (162 dəfə oxunub)

Bakı toplanışını başa vuran "Keşlə" bu gecə Türkiyəyə yollanacaq. Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi səhərə yaxın saat 4-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçacaq.

Qeyd edək ki, təlim-məşq toplanışının əsas mərhələsini Antalyada keçəcək "Keşlə" 10 günlük hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 26-da "Rabotniçki" (Makedoniya), 29-da "Karpatı" (Ukrayna), fevralın 1-də isə "Yenisey"lə (Rusiya) qarşılaşacaq.

XƏBƏR LENTİ