Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Müəmmalı təyinat

Sayta qoyulub: 20:52 20.01.2018 (393 dəfə oxunub)

Artıq dünən Türkiyə Super Liqasında ikinci dövrə start götürüb. Azərbaycanda da xeyli azarkeşi olan "Qalatasaray” ilk yarının sonunda gələn Fatih Terimlə yollarına davam edəcək. Bəs bu klubda nə baş vermişdi ki, keçmiş baş məşqçi İqor Tudor göndərildi? Yazımızda bu məsələyə aydınlıq gətirməyə çalışmışıq.
 
Ümumiyyətlə hansı halda baş məşqçi komandadan göndərilə bilər? Cavab sadə və aydındır: Komanda uğursuz çıxış etdikdə. Bəs uğursuzluq yalnız baş məşqçidənmi asılı olur? Xeyr. Bir çox nüansı da nəzərdən keçirmək lazımdır. Ola bilər heyət zəifdir, yaxud hansısa mövqelərdə çatışmazlıq var, komanda yeni yığılıb və s. 
 
"Qalatasaray”ın heyətini və tutduğu yeri nəzərə alsaq, Tudorlu "Cim-Bom"a zəif demək olmazdı. Heyətinin o qədər də güclü olmamasına və yeni yığılmasına baxmayaraq, "Qalatasaray” liderlərdən biri idi. Mütəxəssislər bilirlər ki, yeni yığılan heyətdə oyunçuların bir-birini  başa düşmələri çətin olur. Bunun üçün, yəni oyunçuların bir-birilərini başa düşmələrindən ötrü xeyli vaxt lazımdır. Amma "Qalatasaray” bu problemləri çempionatın başlanğıcında yaşamadı. Əksinə, işlər qaydasında gedirdi. Rəqiblərini də bir xeyli qabaqlayaraq inamla turnir cədvəlinə başçılıq edirdi.  Sonra nə oldu ki, ardıcıl geriləmə müşahidə olundu?
 
Müəmmalı təyinat
 
Səbəblərdən biri güclü rəqiblərin sona qalması və həm də bu rəqiblərlə oyunların səfərdə olması idi. Ona görə də bu, hardasa gözlənilən idi. Düzdür, məğlubiyyətlər "Başakşehir"ə 1:5, "Beşiktaş"a 0:3 şəklində gözlənilmirdi, amma dövrənin sonuna yaxın güclü rəqiblərlə, həm də səfərdə oyunları qaldığından, "Qalatasaray”ın xal itirəcəyi gözlənilən idi.
 
Amma zənnimcə, əsas səbəb bu deyildi. "Qalatasaray” 9-cu turda "Fənərbağça” ilə evdə 0-0 oynayıb, "Trabzonspor”a səfərdə məğlub olandan sonra bu problemlər yarandı. Bundan sonra Tudor tənqid olunmağa, Fatih Terimin isə adı gündəmə gəlməyə başladı. "Qalatasaray”ın prezidenti Dursun Özbəkin Fatih Terimlə hansısa məclisdə görüşdüyü və bir saatdan çox davam edən söhbətlərinin də olduğu mətbuatda səsləndi. Elə "Qalatasaray”ın qeyri-sabit çıxışı da bu söhbətlərdən sonra başladı. Müdafiəçilərin inamsız çıxışı, qapıçı Fernando Musleranın müəmmalı uşaq səhvləri xeyli təccüblü görünür və bir çox suala yol açırdı.
 
Müəmmalı təyinat
 
Həmin ərəfələrdə, konkret "Fənərbağça” ilə oyunun səhəri günü Özbək "A spor”da yayımlanan populyar "Takım oyunu” proqramında gözlənilmədən peyda oldu. Həmin gündən də "Qalatasaray” büdrəyən kimi birinci məhz bu kanalın aparıcılarının Tudorun getməli və Terimin gəlməli olduğunu vurğulamaları heç də təsadüfə oxşamırdı. Hər hansı taktiki analiz aparmadan, heyətin səviyyəsinə baxmadan baş məşqçiyə "döşəyirdilər". Yəni, komandanın heyəti, ehtiyat oyunçular skamyası güclü olsa, məsələn, "Beşiktaş”dakı kimi, onda tənqidləri başa düşmək olar. Ancaq sən heyəti kənara qoyursan - məsələn, sol cinahda vinger çatmır, müdafiənin mərkəzi zəifdir, ehtiyat qüvvə heç birinci liqa səviyyəsində deyil, bütün bunlara baxmayaraq komanda liderlər arasındadır – bunları demirsən, ancaq deyirsən ki, Tudor getməlidir. Bu cür çıxışlar mübahisəli və sifarişli olduğuna dair ehtimallar yaradır.
 
"Qalatasaray”ın çıxışına bu cür münasibət düşünməyə əsas verir ki, Özbək proqramın şərhçilərindən hansı iləsə sövdələşməyə girib. Komandanın hər uğursuz nəticəsindən sonra rəhbərlik "Biz Tudorun arxasındayıq" deyəndə Erman Toroğlu bu fikirləri yarızarafat-yarıciddi "Rəhbərlik məşqçinin arxasına keçibsə, həmin məşqçinin işi zor” deyə şərh etmişdi. Hə, Toroğlu sonuncu "Göztəpə” ilə oyuna baxandan sonra onu da demişdi ki, Tudoru bu oyunçular göndəriblər. Oyunçular niyə göndərsinlər ki? Oyunçuya tapşırıq gəlməsə o zəif oynayarmı?
 
Müəmmalı təyinat
 
Bundan əlavə, bir müddət Arda Turanın adının "Qalatasaray”la da hallandığını xatırlayanlar olar. Amma gözlənilmədən rəhbərlik danışıqları dayandırdı. Arda ilə Terimin münasibətlərinin pis olması məlumdur. Zənnimcə, Fatih hocanın gəlməsi planlaşdırıldığından, Arda ilə danışıqlardan imtina edildi.  
 
Bir çox belə şübhəli məqam Tudorun göndərilməsi və Terimin gətirilməsinin planlı şəkildə olduğunu düşünməyə əsas verir. 
Niyə Dursun Özbək bu həngamələri quraşdırıb Tudoru göndərdi? Elə dərhal göndərib Terimi gətirə bilməzdimi? Yaxud elə vaxtında "İmperator"la müqavilə bağlamaq olmazdımı? 
 
Müəmmalı təyinat
 
Cavab verək: Tudorla müqavilə bağlanan vaxt Terim Türkiyə millisində işləyirdi. O, yığmadan ayrıldığı vaxt isə Tudorun işləri "Qalatasaray”da pis getmirdi. Belə bir vəziyyətdə klub xorvatiyalı baş məşqçini çıxarıb Terimi gətirsəydi, çox sərt tənqid olunardı. Bu səbəbdən də düşünürəm ki, Özbək bütün bu "torba” əməliyyatını quraşdırdı. 
 
Bəs niyə klub prezidenti uğurlu bir məşqçi kimi görünən Tudoru göndərib Terimi gətirdi? Bu suala cavab vermək bir qədər çətindir. Ola bilər "İmperator"un "Qalatasaray" üçün etdiklərini əsas tutub onun yenidən "Cim-Bom"a yeni titullar qazandıracağına inanır. Yaxud bəlkə də şəxsi simpatiyası var.
 
Görək bu addım özünü nə qədər doğruldacaq? Bunu zaman göstərəcək.
Tudor "Karabükspor”dan ayrılıb "Qalatasaray”a gələndə bu klubun rəhbərliyi onu buraxmaq istəməmişdi. Bir növ halallıq verməmişdi. Bu səbəbdən onun işlərinin "Qalatasaray”da alınmayacağını gəlməmişdən ehtimal edənlər var idi.
 
Ehtimallar özünü döğrultdu...
 
 
Vüqar MƏMMƏDOV 
 
sportnet

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat