AFFA "Kəpəz"ə məşqçi göndərir, Yunis Hüseynov etiraz edir

Sayta qoyulub: 12:38 20.01.2018 (244 dəfə oxunub)

Yunis Hüseynov 1 aydan çoxdu «Kəpəz»ə yeni məşqçi axtarır. O, özünə fiziki hazırıq üzrə köməkçi götürmək istəyir. Hətta əcnəbi olsa belə! İki namizədi var, di gəl, heç birini gətirə bilmir. Çünki AFFA-dan mane olanlar az deyil. Federasiya Hüseynovun korpusuna Yaşar Vahabzadədən sonra ikinci adamını da yerləşdirməyə çalışır. Qurumun Gəncə klubuna göndərmək fikrində olduğu növbəti kadr da elə Vahabzadənin yaxın tanışıdı.

U-21-də bərabər olduğu Babək Alxasovdan gedir söhbət. Amma Yunis Hüseynov bu variantı qəbul etmir, ona görə də həmin post boş qalıb.

XƏBƏR LENTİ