Birinci divizion klubu Antalya toplanışını ləğv etdi

Sayta qoyulub: 12:37 20.01.2018 (200 dəfə oxunub)

Birinci Divizion təmsilçisi “Sabah”ın qış hazırlıq planlarında dəyişiklik edilib. Paytaxt təmsilçisi mövsümün qalan hissəsinə hazırlığı Türkiyədə davam etdirməyi planlaşdırsa da, Antalya toplanışından son anda imtina edilib.

 

Bunu əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Arif Əsədov bildirib. Onun sözlərinə görə, “Sabah” təlim-məşq toplanışının qalan hissəsini Masazırda, “Əlincə”nin bazasında həyata keçirəcək.

 

Əsədov onu da bildirib ki, Antlaya toplanışından imtinaya komandanın hələ tam komplektləşdirilməməsi səbəb olub. Bu üzdən Divizion təmsilçisi baxışa yeni futbolçular dəvət edib. Onların tezliklə “Sabah”ın düşərgəsində olması gözlənilir.

XƏBƏR LENTİ