S.Sirotkin nömrəsini seçib

Sayta qoyulub: 10:13 20.01.2018 (172 dəfə oxunub)

Formula1 tarixinin 3-cü rusiyalı sürücüsü Sergey Sirotkin yarışacağı nömrəni açıqlayıb.

F-1.az xatırladır ki, 22 yaşlı sürücü bu ildən etibarən Williams komandasının şərəfini qoruyacaq. Formula1-in qaydalarına əsasən sürücülər 17 rəqəmi istisna olmaqla, 2 və 99 rəqəmləri arasından bir rəqəmi seçməli və karyerasıboyu onunla yarışmalıdırlar. Sirotkin 35 nömrəsini istifadə etmək istəyir. Qeyd edək ki, bu nömrəni daha əvvəl Braziliya və Əbu Dabi testlərində Corc Rassell istifadə etmişdi.

Xatırladaq ki, 35 nömrəni sonuncu dəfə yarışda 1991-ci ilin San Marino Qran Prisində Modena Lamborghini komandasının sürücüsü Eric van der Poele istifadə etmişdi…

XƏBƏR LENTİ