Gənc sürücülərin işi artıq daha asandır?

Sayta qoyulub: 09:38 20.01.2018 (141 dəfə oxunub)

Formula1 üzrə Dünya Çempionu Naycel Mənsell bildirib ki, Willliams komandası gənc sürücülərlə yarışsa da, uğur qazana bilər.

F-1.az xatırladır ki, Strollun 19, komandaya yeni qoşulan Sirotkinin isə 22 yaşı var. İki sürücünün cəmi yaşı 41-dir və peletonda ən gənc sürücü heyəti Britaniya təmsilçisindədir.

Naycel Mənsell: “Keçmişdə simulyator dəstəkləri olmayanda gənc sürücülərə görə narahat olardım. Amma artıq elə böyük problem yoxdur və daha çox məlumat var. Formula1 bolidi müəyyən sürətdə özü-özünü idarə edir. Daha çox dəstək alırlar. Ümid edirəm ki, bolid yaxşıdır və yaxşı nəticə göstərərlər”.

XƏBƏR LENTİ