"Qarabağ" - "Lexiya" matçının başlama saatı müəyyənləşdi

Sayta qoyulub: 16:16 19.01.2018 (181 dəfə oxunub)

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununda sabah Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşacaq. Klubun rəsmi "Facebook" səhifəsi xəbər verir ki, matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

 Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2 hesablı heç-heçə edən Ağdam təmsilçisi yanvarın 25-də "Şkupi" (Makedoniya) və "Mariopul" (Ukrayna), 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

XƏBƏR LENTİ