Avstraliya açıq çempionatında bir neçə sensasiya

Sayta qoyulub: 13:19 18.01.2018 (192 dəfə oxunub)

Avstraliya açıq çempionatında bir neçə sensasiya


Avstraliya açıq çempionatında 2-ci mərhələnin oyunları davam edir.

 

Kişilərin yarışında sensasiya Vavrinkanın məğlubiyyəti olub. Avstraliya açıq çempionatının keçmiş qalibi amerikalı Sandqrenə 3 setdə uduzub.

 

Daha bir güclü tennisçi ispaniyalı Fernando Verdasko almaniyalı Martererlə qarşılaşmada 5 setdə aciz qalıb.

 

Almaniyanı təmsil edən Aleksandr Zverev isə turu rahatlıqla keçib. 

 

Yarışların 6 qat qalibi Cokoviç 4 setdə Monfisdən üstün olub.Daha bir gözlənilməz nəticə kimi Sem Gerrinin macar Kutsoviçə məğlubiyyətini qeyd etmək olar.


Qadınların yarışında Mariya Şarapova növbəti mərhələyə adlayıb. 

 

Turnirin əsas favoritlərindən sayılan ispaniyalı Qarbine Muquruza Taubey tennisçisinə məğlub olaraq mübarizəni yekunlaşdırıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ