P.Lou: “Çox çətin idi”

Sayta qoyulub: 11:54 18.01.2018 (102 dəfə oxunub)

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Serqey Sirotkini seçmə prosesi çox yorucu olub.

F-1.az xatırladır ki, britaniyalılar Felipe Massanın yeri üçün Daniil Kvyat, Robert Kubitsa, Pol di Resta, Serqey Sirotkin və Paskal Verlyayn dəyərləndirilsə də, sonda gənc və perspektiv vəd edən Sirotkini seçmişdilər. Beləliklə, Williams komandasının heyəti peletonun ən gənc heyəti olub. Sirotkin və Strollun yaşlarının cəmi 41-dir.

Pəddi Lou: “Çox yorucu prosesi geridə qoyduq. Serqey komandanı sürəti, istedadı, mühəndislərə bolid barədə veridiyi məlumatlar və intizamı ilə razı saldı. Buna görə çox sevincliyəm. Ləns debüt mövsümündəki uğurlarından sonra bizimlə ikinci mövsümünü keçirəcək. Çox təsiredici heyətimiz var. FW41-i təkmilləşdirməkdə bizə kömək edəcəklər”.

XƏBƏR LENTİ