N.Mənsell: “McLaren-in işi çətin olacaq”

Sayta qoyulub: 11:52 18.01.2018 (103 dəfə oxunub)

Sabiq Formula sürücüsü Naycel Mənsell bildirib ki, McLaren bu il Red Bull və Renault ilə eyni mühərriyi istifadə etsə də, onlarla mübarizə aparmaqda çətinlik çəkəcək.

F-1.az xatırladır ki, McLaren komandası 3 il Honda ilə işlədikdən sonra yaponlarla yolları ayıraraq, Renault ilə müqavilə bağlayıblar.

Naycel Mənsell: “Çətin olacaq. Yaxın olacaqlar. Ümid edirəm ki, Renault mühərrikləri verərkən ədalətli davranar. Mercedes onlara mühərrik vermək istəmir, çünki onları özlərinə rəqib etmək istəmirlər. Balanslı peleton yaratmaq Formula1-dəki ən çətin şeydir. Peletonda 26 bolid olmalıdır və bu halda reqlament dəyişikliklərinə sərvət ödəməyə ehtiyac qalmaz”.

XƏBƏR LENTİ